Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-01-26 16:36:00
Məktəbəhazırlıq qruplarında qış tətili başlanır  

Yanvarın 27-31-də ümumi təhsil müəssisələrinin məktəbəhazırlıq qruplarında qış tətili olacaq.

 

Bu barədə AzEdu.az-a Təhsil Nazirliyindən məlumat verilib. Bildirilib ki, bu qruplarda məşğələlər oktyabrın 1-dən başladığı üçün tətil günlərində qısaltmalar edilməyib.

Qeyd edək ki, məktəbəhazırlıq qruplarında tətil günləri Nazirlər Kabinetinin “Ümumi təhsil müəssisələrində tədris ilinin müddəti”nin təsdiq edilməsi haqqında 24 fevral 2020-ci il tarixli 66 nömrəli qərarının müvafiq bəndlərinə əsasən müəyyən olunub.