Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-08-09 12:30:41
“Ola bilər ki, 630 bal toplayan abituriyentlər də “müalicə işi” ixtisasına qəbul ola bilməsinlər” - EKSPERT

“Moskva Dövlət Tibb Universitetinin Bakı filialı 400 baldan çox toplayan abituriyentləri xüsusi daxili imtahan edərək dövlət hesabına müalicə işi ixtisası üzrə universitetə qəbul edir, yerdə qalan 220 yer uğrunda isə müsabiqə gərgin olur. Nəzərə alsaq ki, bu il Tibb ixtisası üzrə plan yerləri ciddi sayda azalıb, deməli IV qrupda hətta yüksək balla da (630 bal azı) abituriyentlərin istədikləri ixtisasa qəbul olmaması xəbərini eşidəcəyik”.

Bu sözləri təhsil üzrə ekspert Kamran Əsədov "facebook" hesabında yazıb. Onun sözlərinə görə, keçən il keçid balı 651 olduğu üçün 650 bal yığanlar gedib dövlət hesabına müalicə işi oxuya bilməyiblər:

“Ali məktəblərə qəbul olmaq istəyənlər üçün ixtisas seçimi demək olar ki, sona çatır. 10 günə olan vəziyyətlə bağlı onu deyə bilərəm ki, ən çətin durum IV qrup abituriyentlərinindir. Müəyyən mənada onlara qarşı haqsızlıq olduğunu düşünürəm. 

Deməli, IV qrup üzrə müalicə ixtisası yerinə dövlət sifarişli təhsil üçün bütün bölmələr üzrə 320 plan yeri ayrılıb, bunun 100 yeri Moskva Dövlət Tibb Universitetinin Bakı filialına verilir, yerdə qalır 220 yer. Filial 400 baldan yuxarı abituriyentləri xüsusi daxili imtahan edərək dövlət hesabına müalicə işi ixtisası üzrə universitetə qəbul edir, yerdə qalan 220 yer uğrunda isə müsabiqə gərgin olur.

Keçid balı keçən il 651 olduğu üçün 650 bal yığanlar gedib dövlət hesabına müalicə işi oxuya bilmədilər, 450 bal yığan isə filialda ödənişsiz əsaslarla təhsil alır. Nəzərə alsaq ki, bu il Tibb ixtisası üzrə plan yerləri ciddi sayda azalıb, deməli IV qrupda hətta yüksək balla da (630 bal azı) abituriyentlərin istədikləri ixtisasa qəbul olmaması xəbərini eşidəcəyik”.