Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-12-29 09:35:00
Alimlər: "Məktəbli forması şagirdin davranışına və davamiyyətinə müsbət təsir göstərmir"  

Məktəbli forması şagirdin davranışına və davamiyyətinə müsbət təsir göstərmir. Eyni zamanda bu geyimdə uşaqların təhsil ocağına, pedaqoqlarla ünsiyyətdə bağlılıq hissi azalır.

Bu qənaətə ABŞ-ın Ohayo və Pensilvaniya universitetlərinin alimləri gəliblər.

 

Məlumata görə, araşdırmada 6 min məktəbli iştirak edib. Ən böyükləri beşinci sinif şagirdləri olub.

 

Psixoloqlar üç parametri qiymətləndiriblər: sosial bacarıqlar, uşaqların daxili (təşviş, özünəqapanma) və xarici (aqressiya, dağıdıcılıq) davranış problemləri. Alimlər davamiyyət jurnallarını da təhlil ediblər.

 

“Davranış baxımından, uniforma tələb olunan məktəblərlə digər təhsil ocaqları arasında ciddi fərq yoxdur”, - araşdırmanın aparıcı müəllifi Arya Ansari bildirib.

 

Onun sözlərinə görə, aztəminatlı ailələrdən çıxan uşaqların uniforma tələb edilən məktəblərdə davamiyyəti daha yaxşıdır. Ancaq bu fərq minimaldır – ildə bir gün daha çox.

A.Ansari uşaqlarda uniformanın təhsil ocağına aidiyyət hissini azaltmasına belə aydınlıq gətirib: “Yeniyetmələr dəbli görünmək, özlərini ifadə etmək istəyirlər. Onlar individuallıqlarından məhrumdurlarsa, özlərini önəmsiz hiss edirlər”.

report