Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-12-24 14:30:00
LDU-da “Çağdaş dönəmdə türk dünyasının aktual problemləri” adlı onlayn respublika elmi konfransı keçirilib

Lənkəran Dövlət Universitetində (LDU)  “Çağdaş dönəmdə türk dünyasının aktual problemləri” adlı onlayn formatda keçirilən  respublika elmi konfransı İkinci Qarabağ savaşında həlak olan şəhidlərin xatirəsinin 1dəqiqəlik sükutla anılması ilə start götürüb.

 

AzEdu.az xəbər verri ki, konfransı  giriş sözü ilə universitetin  rektoru, professor Natiq İbrahimov açıb və  iştirakçıları  qarşıdakı bayram-Dünya Azərbaycanlılarının Həmrəyliyi və yeni-2022-ci il münasibətilə  təbrik edib. Konfransı  LDU-da  başa çatmaqda olan 2021-ci ilin son böyük elmi hadisəsi adlandıran professor Natiq İbrahimov onun məhz  24 dekabr tarixində - ölkə başçısı cənab İlham Əliyevin 60 illik yubileyi günündə keçirilməsinin təsadüfi olmadığını bildirib. Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevin  Türk Dünyasının Ali Ordeni ilə təltif olunmasını  başa çatmaqda olan 2021-ci ilin ən böyük siyasi nailiyyəti adlandıran LDU rəsmisi bütün iştirakçılar adından prezident İlham Əliyevi 60 illik yubileyi münasibətilə təbrik edib. Azərbaycan Türkiyə qardaşlığının böyük Zəfər savaşında önəmli rol daşıdığını, böyük qələbəyə vəsilə olduğunu deyən N.İbrahimov çıxışında türk dövlətlərinin birliyinin vacibliyini xüsusi vurğulayıb.

 

Açılış nitqindən sonra plenar iclasda mövzu ətrafında məruzələr dinlənilib.Türkiyənin Kastamonu Universitetinin professoru  Namik Musalı, Kafkas Universitesi, Siyasət elmləri və Beynəlxalq əlaqələr bölümünün rəhbəri (TURAN Stratejik Araşdırmalar Mərkəzinin direktoru) dos. Elnur Həsən Mikayıl, Azərbaycan Dillər Universitetinin dosentiVidadi Bəşirov, Lənkəran Dövlət Universiteti rektorunun müşaviri, professor Telman  İmanov, LDU-nun dosentləri- Filologiya və ibtidai təhsil fakültəsinin dekanı Elman Mirzəyev, Beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri Zaur Məmmədov məruzə ediblər.

 

Konfrans işini 4 bölmədə  davam etdirir. Riyaziyyat və təbiət elmləri, iqtisadiyyat, aqrar və texnika elmləri, dilçilik və ədəbiyyatşünaslıq, tarix, fəlsəfə və pedaqogika bölmələrində 200-ə yaxın elmi tezis dinlənilərək müzakirə ediləcək. Qeyd edək ki, konfransın işində LDU ilə yanaşı, Azərbaycan və qardaş Türkiyənin 20-yə yaxın ali təhsil ocağının və AMEA-nın Elmi-tədqiqat institutlarının  müəllim, doktorant və dissertantları iştirak edirlər.