Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-12-24 12:47:00
Valideynlər təhsilə nə qədər çox cəlb olunsalar, şagirdlərin qiymətləri o qədər yüksək olar- Nazir müşaviri

 

“Valideynlər məktəbdə uşaqların təhsilinə nə qədər çox cəlb olunsalar, şagirdlərin dərsdə motivasiyası, davranışı və qiymətləri bir o qədər yüksək səviyyədə olar”

 

AzEdu.az xəbər verir ki, bu sözləri təhsil nazirinin müşaviri Elnur Nəsibov qeyd edib.

 

O bildirib ki, burada söhbət yalnız valideynlərin təhsilə maliyyə dəstəyindən deyil, onların məktəblilərin təhsil və təlim-tərbiyə prosesinə dəstək mexanizmlərində (təşkilati, məktəbdənkənar və sair) iştirakından gedir.

 

Nazir müşaviri valideynlərin təhsildə, məktəblərin fəaliyyətində vacib rolunu vurğulayıb:

 

“Valideynlərin təhsilə cəlb olunması hər bir uşaq üçün müsbət öyrənmə mühitinin yaradılmasına da öz töhfəsini vermiş olur. Eyni zamanda, məktəb daxilində siniflərdə baş verə biləcək hər hansı mənfi halların müəyyən edilməsi və aradan qaldırılmasına da yardım edir. Valideynlərin iştirakı dərs prosesinin də müşahidə, nəzarət və qiymətləndirmə funksiyalarının həyata keçirilməsini təmin edir. Bu isə öz növbəsində məktəbdə keyfiyyətli tədrisin və səmərəli təlim-tərbiyə prosesinin təşkilində müsbət rol oynayır”.

 

Son olaraq o,-“Təhsil prosesinin bütün iştirakçıları - təhsilalan və təhsilverən, eyni zamanda valideyn cəlb olunanda bu proses daha səmərli və məsuliyyətli olur”-deyə qeyd edib.