Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-12-24 11:52:00
İbtidai təhsillə bağlı ciddi və xroniki problemlər var-Emin Əmrullayev

“Azərbaycanda orta təhsilin keyfiyyəti ilə bağlı ciddi problemlər var”.

 

AzEdu.az xəbər verir ki, bunu Təhsil naziri Emin Əmrullayev İctimai televiziyanın "Diqqət mərkəzi" verilişində çıxışı zamanı deyib.

 

O, qeyd edib ki, şagirdlərinin nailiyyətlərində müsbət dinamika var:

 

 “Bunun yeganə əksik arqumenti ola bilər ki, kimsə bu rəqəmlərə baxıb göstərir ki, bu belə deyil. Lakin Azərbaycan ölkə olaraq 2011-2019-cu illərdə TEAMS üzrə 4-cü sinif şagirdlərinin riyaziyyat üzrə göstərdikləri nəticələrə görə həm həmin ilin tədqiqatında ən yüksək nəticə, həm də ümumiyyətlə TEAMS qiymətləndirilməsi keçirilən müddət ərzində göstərilən ən yüksək dinamika idi. Eyni zamanda görürük ki, arzu etdiyimiz səviyyədən nə qədər uzaqda olduğumuzu göstərir. Ən vacibi isə niyə uzaqdayıq sualıdır. Ən azından tədqiqatlarda yazılıb. Birincisi, bizim məktəbəqədər təhsillə bağlı əhatəliliyimiz çox aşağıdır. İkincisi ibtidai təhsillə bağlı ciddi ənənəvi xroniki problemlərimiz var. Üçüncüsü məktəbdaxili mühitdə məzmun problemimiz var”.

 

Şükufə Süleymanlı
Müəllifin digər yazıları