Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-12-24 11:10:00
“Bu gün təhsil alanların gələcək peşə fəaliyyəti azad edilən ərazilərdəki işlərlə bağlı olacaq"-Emin Əmrullayev  

“Son illər rəqəmsal bacarıqların həmin məktəblərin məzmununda nəzərə alınması nəzərdə tutulur. Başqa məsələ həmin ərazilərdə aparılan infrastruktur işləri, tikinti, quruculuq əmək bazarında ciddi aktivlik yaradacaq”.

 

 Bunu təhsil naziri Emin Əmrullayev Yeni Azərbaycan Partiyasının təşkilatçılığı ilə keçirilən “Qarabağ: Cənubi Qafqazdan dünyaya açılan yeni mənzərə” adlı elmi-praktiki konfransda “Azərbaycan təhsili: yeni çağırışlar, perspektivlər” mövzusunda çıxışı zamanı deyib.

 

Nazirin sözlərinə görə, görülən işlərin səmərəliliyini artırmaq üçün yəqin ki, ixtisaslı kadrların olması vacibdir: “Bu gün təhsil alan şagirdlərin, tələbələrin bir çoxunun gələcək peşə fəaliyyəti azad olunan ərazilərdəki işlərlə bağlı olacaq. İnandığım odur ki, həmin ərazilərdə peşə təhsilinə olan həvəs və tələb artacaq. Çünki on minlərlə ixtisaslı mütəxəssislərin hazırlanmasında peşə təhsili ən qısa yol olaraq qiymətləndirirəm”.

 

Report