Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-12-24 10:55:00
Nazir: “Qarabağda qazanılan qələbə gələcəyə ümidlə baxmağa imkan yaradıb"

“Vətən müharibəsində qələbə gələcəyə ümidlə baxmaq imkanı yaradıb”.

 

Bunu təhsil naziri Emin Əmrullayev Yeni Azərbaycan Partiyasının təşkilatçılığı keçirilən “Qarabağ: Cənubi Qafqazdan dünyaya açılan yeni mənzərə” adlı elmi-praktiki konfransda “Azərbaycan təhsili: yeni çağırışlar, perspektivlər” mövzusunda çıxışı zamanı deyib.

 

Nazir bildirib ki, Qarabağda qazanılan qələbə təhsildə yeni mərhələnin açılışı idi: “Zəfər Azərbaycanda azyaşlıların, gənclərinin, müəllimlərin, bütövlükdə hər birimizin milli düşüncə tərzində, gələcəyə inamında dönüş nöqtəsi oldu.

 

Azad edilən ərazilərdə təhsil infrastrukturun qurulması ilə yanaşı, tarixi hadisənin ölkədə ümumitəhsil sisteminin daha da yaxşılaşmasında, təkmilləşməsində rolu olacaq. Hər bir sistemi irəli aparan lokamativ olmalıdır. Vaxtilə işğal altında olan şəhərlərin tamamilə dağıdılması təhsil infrastruturundan da yan keçməyib. Qarşıda bizi ciddi quruculuq işləri gözləyir. İstər Şuşada tikintisinə başlanılan məktəb, istərsə də Ağdam və Cəbrayılda məktəb tikinstisi üçün layihələndirmə işləri olduqca vacibdir. Unutmaq lazım deyil ki, Qarabağda məktəb tikintisi elə də sadə iş deyil”.

 

Report