Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-12-23 16:05:00
Bakı məktəbliləri arasında “Zəfər” adlı bilik yarışı təşkil edilib

Paytaxt məktəbliləri arasında “Zəfər” adlı bilik yarışı keçirilib.

 

Bu barədə AzEdu.az-a Bakı Şəhəri üzrə Təhsil İdarəsindən məlumat verilib. Bildirilib ki, Təhsil İdarəsi və “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” Qapalı Səhmdar Cəmiyyətinin birgə təşkilatçılığı ilə keçirilən yarışda paytaxtdakı 105, 110, 127, 302 və 303 nömrəli tam orta məktəblərin şagirdləri biliklərini sınayıblar.

 

Yarışdan öncə qonaqlar şəhidlik zirvəsinə ucalmış limançıların xatirəsinə həsr olunmuş abidə və park kompleksini ziyarət edib, Bakı Limanının terminallarının fəaliyyəti ilə tanış olublar.

 

Daha sonra hər birində 6 iştirakçı olmaqla 5 komandadan ibarət şagirdlər Vətən müharibəsi, Azərbaycan tarixi, coğrafiyası, ümumi biliklər, eləcə də Bakı Limanının fəaliyyətinə dair sualları cavablandıraraq birincilik uğrunda mübarizə aparıblar.

 

Yarışın nəticələrinə əsasən 110 nömrəli tam orta məktəbin şagirdlərindən ibarət komanda qalib gəlib.

 

Sonda bütün iştirakçılara tərifnamə və hədiyyələr təqdim olunub.