Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-12-17 09:38:00
ADNSU tələbələri təcrübə sınaq dərslərini istehsalat müəssisəsində keçiblər

Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) “Qaz-neft mədən” fakültəsinin “Neftin-qazın nəqli və saxlanması” kafedrasının  Neft qaz qurğuları mühəndisliyi və Logistika və nəqliyyat texnologiyaları mühəndisliyi ixtisasları üzrə bakalavr səviyyəsində təhsil alan II və III kurs tələbələri dərslərini birbaşa istehsalat müəssisəsində keçiblər. Belə ki, tələbələrin nəzəri biliklərini möhkəmləndirmək, təcrübə sınaq işləri ilə yaxından tanış olmaq məqsədi ilə dərslər 2021-ci ilin noyabr ayı ərzində  SOCAR-ın “Abşeronneft” NQÇİ, “Bibiheybətneft” NQÇİ, “H.Z.Tağıyev adına” NQÇİ və “Qaradağ” Yeraltı qaz anbarında  keçirilib.

 

AzEdu.az xəbər verir ki, təcrübə zamanı müəssisələrin aparıcı mütəxəsisləri tərəfindən tələbələr təcrübə sınaq işləri zamanı gedən proseslərlə yerindəcə tanış olublar və onları maraqlandıran suallar mütəxəssislər tərəfindən ətraflı cavablandırılıb.