Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-12-15 09:28:00
Koronavirusa görə bağlanan iki məktəb açıldı

Paytaxtdakı 45 və 178 nömrəli tam orta məktəblərdə əyani dərslər bərpa edilib.

AzEDu.az xəbər verir ki,  hər iki məktəbin kontingenti üçün Gigiyena və Epidemiologiya Mərkəzinin rəyi əsasında müəyyənləşdirilmiş karantin müddəti başa çatıb.

Təhsil müəssisələrində koronavirus infeksiyasına qarşı şagirdlərin və məktəbin pedaqoji heyətinin daha etibarlı qorunması üçün sanitar-epidemioloji vəziyyətdən irəli gələn tələblərə ciddi əməl olunur.