Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-12-09 13:43:00
UNEC tələbələrinin rəsm əsərləri İqtisadi Forumda maraqla qarşılanıb  

Dövlət müstəqilliyinin bərpasının 30 illiyinə həsr olunan UNEC İqtisadi Forumu çərçivəsində Beynəlxalq Magistratura və Doktorantura Mərkəzinin magistrantlarının və UNEC Dizayn Məktəbinin tələbələrinin əl işlərindən və rəsm əsərlərindən ibarət sərgi nümayiş olunub.

 

AzEdu.az xəbər verir  ki, müxtəlif mövzuları əks etdirən sərgi forum iştirakçıları tərəfindən maraqla qarşılanıb.

 

Forum müddətində UNEC Dizayn Məktəbinin III kurs tələbəsi Zəhra Məmmədova dünya şöhrətli alim, Nobel mükafatçısı Əziz Səncərin və forumun əsas məruzəçilərindən olan Polşanın Kozminski Universitetinin professoru Qjeqoj Kolodkonun portretini çəkib.

 

UNEC Dizayn Məktəbinin müəllimi Aynur Rzayevanın “Bürclərə and olsun ki” rəsm əsəri Nobel mükafatçısı Əziz Səncərin xüsusi diqqətini cəlb edib. Əsər müəllif tərəfindən böyük alimə hədiyyə olunub.