Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-12-09 13:30:00
Səhiyyə xidmətlərində keyfiyyətin idarə olunması üzrə Avropa təcrübəsi öyrənilir-AzTU

Azərbaycan Texniki Univeristetinin (AzTU) tərəşdaşı olduğu  Erasmus+KA2 proqramı çərçivəsində həyata keçirilən  618860-EPP-1-2020-1-EL-EPPKA2-CBHE-JP "Rusiya Federasiyası, Qazaxıstan və Azərbaycanda səhiyyədə strateji keyfiyyət menecmenti və risklərin idarə olunması üzrə açıq və distant təhsil formatında peşə bakalavrı və magistr hazırlığı" layihəsi çərçivəsində təlimlərə start verilib. Təlimlər layihənin koordinatoru Qərbi Attika Universitetinin təşkilatçılığı ilə Yunanıstanın Afina şəhərində keçirilir. AzTU-nun nümayəndə heyəti - beynəlxalq əlaqələr üzrə prorektor Sübhan Namazov, rektorun müşaviri Fariz Məmmədov və layihənin əlaqələndircisi professor Həsən Hüseynov -  təlimlərdə iştirak edir.

 

AzEdu.az xəbər verir ki. səfər çərçivəsində Azərbaycanda menecment (səhiyyə xidmətlərində keyfiyyətin idarə olunması) ixtisaslaşması üzrə yeni magistr proqramının yaradılması ilə bağlı Avropa təcrübəsi öyrənilir. Eyni zamanda, bu sahədə müasir təcrübənin ölkəmizdə tətbiqi üçün Avropa məkanında səhiyyə xidmətlərinin keyfiyyətinə nəzarət, onun qiymətləndirilməsi, sertifikatlaşdırılması və səmərəliliyinin müəyyən edilməsi metodlarının öyrənilməsi və tədris prosesində tətbiqi istiqamətində müzakirələr aparılır.

 

Təlim və müzakirələrdə Azərbaycandan layihənin tərəfdaş universitetləri olan Seçenov adına Moskva Tibb Universitetinin Bakı filialının və Naxçıvan Dövlət Universitetinin nümayəndələri də iştirak edirlər.