Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-11-02 15:15:00
Orta ixtisas təhsili müəssisələrində KREDİT SİSTEMİ bu şəkildə TƏNZİMLƏNİR

Ali məktəblərdə tətbiq edildiyi kimi orta ixtisas təhsili müəssisələri də kredit sistemindən yararlanır.

 

Belə ki, həmin şəxslərin kəsrinin olması da onun müvafiq kreditləri toplaya bilməməsi ilə əlaqədardır.

 

AzEdu.az Azəarbaycan Respublikası Nazirlər Kabinetinin 26 dekabr 2013-cü il tarixli qərarına əsasən, orta ixtisas təhsili müəssisələrində kerditlərin müəyyənləşdirilməsinin istiqamətlərini təqdim edir:

 

Bu təhsil müəssisələrində tədris ili iki semestrdən (payız və yaz) ibarətdir.

 

Bundan əlavə yay tətili müddətində 6 həftəlik yay semestri də təşkil oluna bilər.

 

Orta ixtisas təhsili pilləsində əyani təhsilalma forması üzrə tədris ili 40 həftədir. Hər semestr 20 həftədən (o cümlədən, 5 həftə imtahan sessiyası) ibarətdir. Bir semestrə 30 kredit müəyyənləşdirilir. Bir kredit tələbənin auditoriya və auditoriyadankənar 30 saatlıq işinə bərabərdir. Tələbənin 5 günlük iş rejimində həftəlik auditoriya və auditoriyadankənar yükünün ümumi həcmi 45 saatdır. Tələbənin həftəlik işinin həcmi 1,5 kreditdir.

 

Buraxılış işinin hazırlanmasına və müdafiəsinə, dövlət və semestr imtahanlarına, təcrübələrin keçirilməsinə ayrılan hər həftə 1,5 kreditə bərabərdir.

Qiyabi təhsilalma forması üzrə tədris ili 32 həftədir. Hər semestr 16 həftədən (o cümlədən, 1 həftə imtahan sessiyası) ibarətdir və hər semestrə 24 kredit müəyyənləşdirilir.

 

Müvafiq ixtisas üzrə orta ixtisas təhsili proqramlarının mənimsənilməsi üçün 120-180 kredit müəyyənləşdirilir. Müəyyən olunan kreditin tələbə tərəfindən yığılması məcburidir.

 

Tələbə üçün hər semestrdə 30 kreditə qədər fənlərin tədrisi müəyyənləşdirilir.

 

Müvəffəqiyyətlə təhsil alan və  ayrı-ayrı fənlərdən göstəricisi 81-100 bal arasında olan tələbələrə əlavə ödəniş etmədən, akademik borcu olanlar üçün isə ödənişli əsaslarla təhsil aldığı ixtisas üzrə əlavə fənn seçməyə icazə verilir. Akademik borcu olan tələbə əlavə fənn  götürdükdə onun bir semestrdəyi kreditlərinin sayı 40-dan çox olmamalıdır.

 

Akademik borcu olmayan tələbəyə gələcək peşə fəaliyyətində istifadə etmək məqsədi ilə ödənişli əsaslarla müvafiq ixtisasları seçmək hüququ da verilir. Bu qayda ilə əlavə təhsil alanlara subbakalavr dərəcəsi və müvafiq diplom verilir.

 

Təhsil planında tədris işinin həcmi kredit vahidləri ilə müəyyən edilir.

Şükufə Süleymanlı
Müəllifin digər yazıları