Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-10-12 16:02:00
"UNEC Ömürboyu Təhsil Mərkəzi işə başlayıb"- Ədalət Muradov 
 
"Bu gün yeni yaradılmış UNEC Ömürboyu Təhsil Mərkəzinin (UNEC LLC) təqdimatını etdik. Əsas məqsəd müasir tələblərə cavab verən korporativ təhsil modelinin tətbiqidir"
 
 
AzEdu.az xəbər verir ki bu sözləri UNEC rektoru Ədalət Muradov facebook səhifəsindən yazıb 
 
 
Rəqəmsal iqtisadiyyat üzrə tələb olunan bacarıqların formalaşdırılması Mərkəzin fəaliyyətində əsas prioritet olacaq
 
 
Rektor bildirib ki, "Eləcə də, rəqəmsal məhsul və xidmətlərin istehlakı baxımından vacibliyini nəzərə alaraq istehlakçıların rəqəmsal savadlandırılmasına da xüsusi diqqət veriləcəkdir. Peşə bacarıqlarının özəlliyi nəzərə alınmaqla 12 aya qədər çoxlu sayda sertifikat proqramları maraqlananlara təqdim ediləcək"