Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-10-12 15:38:00
Beynəlxalq olimpiadalara seçmə imtahanı keçirilib  

9 oktyabr tarixində Kimya-biologiya təmayüllü Respublika liseyində biologiya və fizika fənləri üzrə beynəlxalq olimpiadalara 2021-2022-ci tədris ilində hazırlaşacaq şagirdlərin seçmə imtahanı keçirilib.

İmtahan biologiya fənni üzrə 3 saat, fizika fənni üzrə 3 saat yarım dəvam edib.

Qeyd edək ki, seçmə imtahanına ötən tədris ilində Respublika fənn olimpiadalarında yüksək nəticə göstərən şagirdlər dəvət ediliblər.