Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-10-12 13:36:00
11 illik təhsil bazasında bu kollecinin boş qalan yerlərinə qəbulda ən yüksək keçid balı 162 olub

2021-2022-ci tədris ili üçün tam orta (11 illik) təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin boş qalan yerlərinə qəbulda Azərbaycan Dövlət İqtisad Universitetinin nəzdində Maliyyə-İqtisad Kollecinə ən yüksək keçid balı dövlət sifarişi əsasında mühasibat uçotu ixtisasına 162.3 bal olub.

 

AzEdu.az xəbər verir ki, bu barədə məlumat “Abituriyent” jurnalının xüsusi buraxılışında yer alıb. Bildirilib ki, kollecdə ən aşağı keçid balı isə ödənişli əsaslarla sosial iş ixtisasına 86.7 bal olub.

 

Qeyd edək ki, 2021-2022-ci tədris ili üçün tam orta (11 illik) təhsil bazasında Azərbaycan Dövlət İqtisad Universitetinin nəzdində Maliyyə-İqtisad Kollecinin boş qalan plan yerlərinə dövlət sifarişi və ödənişli əsaslarla 5 ixtisas üzrə qəbul aparılıb.