Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-10-12 13:12:00
Dövlət Neft və Sənaye Universiteti: Azİİ e-Kitab Evi sertifikata layiq görülüb

Bakı Ekspo Mərkəzində keçirilmiş VII Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkasında iştirak edən Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) Azİİ e-Kitab Evi sertifikata layiq görülüb.

 

Bu barədə AzEdu.az-a ADNSU-dan məlumat verilib. Bildirilib ki, Azİİ e-Kitab Evinin stendi Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, SOCAR, BP və digər qurumların əməkdaşları tərəfindən ziyarət olunub və burada nümayiş etdirilən kitablar ziyarətçilər tərəfindən maraqla qarşılanıb.

 

Sərgidə xüsusi stendlə təmsil olunan Azİİ e-Kitab Evinin 100-dən çox materialı nümayiş etdirilib. Heydər Əliyev irsi, qədim əlyazmalar, nadir kitab meyarlarına cavab verən miniatür nəşrlər, həmçinin universitetin professor və müəllimlərinin yazdıqları dərsliklər və monoqrafiyalar, neft və sənayenin digər sahələrini əhatə edən kitablar, o cümlədən ADNSU-nun “Oil and Industry” jurnalı nümayiş olunub.