Gəncə şəhəri İ.Məmmədov adına 27 nömrəli məktəb-liseyin 11A sinfinin bütün məzunları ali məktəbə qəbul olub. Onlardan 7 nəfər 600-dən yuxarı, 6 nəfər isə 500-dən yuxarı bal toplayıb.
27 saylı məktəbin direktoru Kəmalə İsgəndərova şagirdlərin uğuru barədə danışıb. O elə bir nəticənin gözlənilən olduğunu söyləyib.
“2017-ci ildən xüsusi istedadlılar sinfinə oxuyan şagirdlərimizin 90 faizi ali məktəbə qəbul olunub. Bu il 74 məzunumuzdan 64-ü ölkədə, 6-sı isə xarici universitetlərə qəbul olub. Bu, həm məktəb üçün, həm də biz müəllimlər üçün qürurlandırıcı hadisədir.
Bundan əlavə, 11 A sinfindəki 30 nəfərin hər biri eyni zamanda xarici universitetlərə də qəbul olub. Təhsil aldıqları müddətdə bilik yarışlarında, olimpiadalarda məktəbimizi layiqincə təmsil ediblər. Bu sinfin belə nəticə göstərməsi gözlənilən idi, 9-cu sinifdə də 11 nəfər qırmızı şəhadətnamə almışdı. Buraxılış imtahanında Gəncə şəhəri üzrə ən yüksək nəticəni həmin sinfin şagirdi göstərib. İnanıram ki, uğurumuz daimi olacaq, hər bir müəllimə bu gözəl hissi yaşamağı arzulayıram”
11 A sinfinin ali məktəbə qəbul olunan məzunlarının adlarını təqdim edirik:
- Əsədov İsmayıl Abbas oğlu - 674 bal UNEC
2. Məmmədova Nəzrin Vüqar qızı - 673.5 bal Azərbaycan Tibb Universiteti
3. Məmmədova Əfsanə Seymur qızı - 658,3 bal Azərbaycan Tibb Universiteti
4. Bayramlı Ənvər Elçin oğlu - 658,9 bal Azərbaycan Tibb Univetsiteti
5 Mehdizadə Əli Araz oğlu - 656,7 bal ADA
6. Seyidli Azər Mehman oğlu - 637,5 bal BDU
7. Musayeva Fidan Fuad qızı - 608,5 bal Azərbaycan Tibb Universiteti
8. Nəbiyev Toğrul Fərqan oğlu - 583,9 bal ADA
9. Cumalıyev Mahir Asəf oğlu - 528 bal ADNSU
10. Həsənov Rüstəm Elxan oğlu - 516,6 bal Naxçıvan Dövlət Tibb Universiteti
11. Quliyev Həmid Akif oğlu - 510 bal Polis Akademiyası
12. Çobanova Ülkər Roman qızı - 506 bal BDU
13. Əsgərova Nəzrin Eldəniz qızı - 500 bal BDU
14. Mirzəliyeva Solmaz Teymur qızı - BDU
15. Kazımov Əli Zaur - Azərbaycan Dillər Universiteti
16. Qəribli Ərtoğrul Əli oğlu - UNEC
17.Müzəffərli Həsən Elxan oğlu - UNEC
18. Musayeva Dilşad Nəsib qızı - AZMİU
19. Əliyev Rasim Natiq oğlu - GDU
20. Bayramov Ayxan Samir oğlu - UNEC
21. Əliyev Tofiq Lətif oğlu - ADNSU
22. Cəfərova Günay Ceyhun qızı - ADAU
23. Səfərov Sadiq Rüfət oğlu-ADNSU
24. Zeynalov Fariz İlham oğlu - ADAU
25. Əliyev Nəsir Elçin oğlu - ADNSU
26. Edilxanov Toğrul Elxan oğlu - BDU
27. Şamilova Elen Rəşad qızı - ADAU
28. Məmmərov Cabbar Nadir oğlu - ADAU
29. Qasimov Həsən Sabir oğlu - BDU
30. Salmanzadə Suqra Nadir qızı - ADAU
31. Haciyev Orxan Vasif - Polşa Respublikası Vistula Universiteti
Modern.az
kitabı