Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-09-11 10:47:00
“Peşəkar ol” proqramı əsasında təlimlərə start verilir  

Təhsil İnstitutunun Təhsil işçilərinin peşəkar inkişafı mərkəzi 2017-ci ildən “Peşəkar ol” layihəsini davam etdirir.

 

İnstitutdan AzEdu.az-a bildirilib ki, cari il üçün daxil olan müraciətlər əsasında ilk təlimlərin Bakı Slavyan Universitetinin (BSU) tələbələri üçün keçirilməsi planlaşdırılır. Belə ki, BSU-nun pedaqoji fakültələrində təhsil alan sonuncu kurs bakalavr və magistratura tələbələri üçün “Peşəkar ol” proqramı əsasında təlimlərə start veriləcək.

 

Sentyabrın 21-dən etibarən keçiriləcək təlim proqramı 12 akademik saatı əhatə edir. Təlim zamanı iştirakçılar mütəxəssislər tərəfindən aşağıdakı mövzularda məlumatlandırılacaq:

 

- J.Piajenin “Zehni inkişafın mərhələləri” nəzəriyyəsi;

- Məktəbdaxili qiymətləndirmə;

- Yazı işlərinin təşkilində səmərəli üsullar;

- Dinləyib-anlama və danışma fəaliyyətləri üzrə işin təşkili metodikası;

- İnklüziya nədir?

 

Təlimlərin keçirilməsində məqsəd yeniliyə açıq və multifunksional təhsil işçiləri formalaşdırmaqda universitetlərə dəstək göstərməkdir.