Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-08-29 12:20:00
MİQ müsahibə mərhələsi üzrə apellyasiya müraciəti üçün qeydiyyat davam edir  

27 avqust tarixindən müəllimlərin işə qəbulu müsabiqəsinin müsahibə mərhələsi üzrə apellyasiya müraciətlərinin qəbulu üçün qeydiyyat başlanıb.

 

AzEdu.az xəbər verir ki, apellyasiya müraciətlərinin qəbulu üçün qeydiyyat avqustun 30-u saat 11:00-da başa çatacaq.

 

Qeyd edək ki, apellyasiya müraciətləri əsasında namizədlər üçün onlayn formatda müsahibələrin təşkili nəzərdə tutulub. Bunun üçün namizədlər şəxsi səhifələrinə daxil olaraq təlimatla tanış olmalı, həmçinin müsahibə linkinin göndəriləcəyi elektron poçt ünvanlarını müvafiq xanaya yazaraq iştiraklarını təsdiq etməlidirlər. Qeydiyyat zamanı elektron poçt ünvanını düzgün qeyd etməyən və elektron ərizəsini təsdiqləməyən namizədlərin apellyasiya müraciəti təmin olunmayacaq. Onlayn apellyasiya müsahibələrinin keçiriləcəyi tarix barədə əlavə məlumat veriləcək.