Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-08-26 15:43:00
Təhsildə Yeni Çağırışlar II Beynəlxalq Forumu keçiriləcək  

Oktyabrın 1-i Təhsildə Yeni Çağırışlar II Beynəlxalq Forumu keçiriləcək.
 

AzEdu.az xəbər verir ki, forum "T-Network" təhsil işçilərinin təcrübə və kommunikasiya platforması və Təhsil İnstitutunun təşkilatçılığı, Təhsil Nazirliyi, Azərbaycan Gənc Müəllimlər Assosiasiyası, “Bir könüllü” Tələbələrin Əməkdaşlığı İctimai Birliyinin dəstəyi ilə onlayn təşkil ediləcək.
 

Forumun əsas məqsədi təhsildə yeni çağırışları müzakirə etmək və bununla da təhsildə keyfiyyətin daha da yüksəldilməsinə nail olmaqdır. “Təşəbbüsdən tətbiqə” başlığı altında baş tutacaq Forum virtual təhsil, beynəlxalq qiymətləndirmə, liderlik, XXI əsrin bacarıqları və davamlı inkişaf mövzularını əhatə edir.
 

Beynəlxalq Müəllimlər Gününə həsr olunacaq Forum “Azərbaycan 2030: Sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”i və sənədin “XXI əsrin tələblərinə uyğun təhsil” istiqamətini rəhbər tutur.
 

Forumda iştirak ödənişsizdir. Forumla bağlı məlumatlar sosial şəbəkədə paylaşılacağı üçün yalnız "T-Network"un "Facebook" (https://www.facebook.com/tnetwork.az) və ya "İnstagram" (https://www.instagram.com/tnetwork_global/)  səhifəsini bəyənən iştirakçıların müraciəti təsdiqlənəcək və onlara iştirak linki göndəriləcək.
 

Arzu edən iştirakçılara sonda beynəlxalq sertifikat da veriləcək.
 

Qeydiyyatdan keçmək üçün müvafiq linkə keçid edə bilərsiniz: https://bit.ly/3gBGZ55