Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-08-26 14:52:00
Məktəblərdə “mina təhlükəsinə dair maariflənmə” dərslərini kimlər və  necə  keçəcək?- RƏSMİ

 

 

Təhsil  Nazirliyi  tərəfindən təsdiq edilən tədris planına  əsasən, bəzi  rayonların  ümumi  təhsil  müəssisələrində  “Mina təhlükəsinə dair maariflənmə” dərsləri keçiriləcək.

 

Füzuli, Beyləqan, Ağcabədi, Ağdam, Tərtər, Goranboy, Xocavənd, Göygöl, Daşkəsən, Gədəbəy, Tovuz, Qazax, Ağstafa, Kəlbəcər, Laçın, Cəbrayıl, Şuşa, Qubadlı, Xocalı, Zəngilan rayonlarının bütün ümumi təhsil müəssisələrinin, habelə Naxçıvan MR-in Ermənistanla sərhəddə yerləşmiş ümumi təhsil müəssisələrinin VI (altıncı) siniflərində “Mina təhlükəsinə dair maariflənmə” adlı kurslar təşkil edilir.

 

Təhsil Nazirliyindən AzEdu.az-a verilən məlumata görə, bu kurslar  dərsdənkənar məşğələlərə ayrılmış vaxt hesabına həftədə 1 (bir) saat olmaqla ikinci yarımildə  tədris edilir.

 

Kursun  tədrisinə  müvafiq hazırlığı və səriştəsi olan müəllimlər cəlb edilir. Həmin müəllimlər ANAMA tərəfindən mütəmadi olaraq təlimatlandırılırlar.

 

Qeyd  edək  ki, “Mina təhlükəsinə dair maariflənmə”  kursu  əvvəlki illərdə də tədris olunmuşdur.