Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-08-06 12:12:00
Vakansiya seçimində müəllim namizədlərə əlavə şans verildi

 

 

 

2021-2022-ci tədris ili üçün ümumi təhsil müəssisələrinə müəllimlərin işə qəbulu müsabiqəsinin vakansiya seçimi mərhələsində namizədlərə "Rəqəmsal bacarıqlar" layihəsi üzrə vakansiya seçimi etmək imkanı verilir.

 

 

AzEdu.az xəbər verir ki, ötən illərdən fərqli olaraq ilk dəfə layihə üzrə vakansiya seçimində müəllimlərin işə qəbulu müsabiqəsində informatika fənni üzrə iştirak etmiş, 30 və daha yüksək bal toplamış namizədlər iştirak edə bilərlər. 

 

 

Layihə üzrə təqdim olunan vakansiyalara yerləşən namizədlər müsabiqənin müsahibə mərhələsində uğur qazandığı təqdirdə müddətsiz müqavilə əsasında işə qəbul olunacaqlar.

 

 

Qeyd edək ki, “Rəqəmsal bacarıqlar” layihəsi 2017-ci ildən etibarən həyata keçirilir və təhsilalanlara yeni texnologiyanı, rəqəmsal bacarıqları, proqramlaşdırmanı təcrübədə öyrənməyə imkan verir. Növbəti tədris ilindən etibarənin layihənin genişləndirilərək 190 min şagirdi əhatə etməsi planlaşdırılır.

 

 

Şükufə Süleymanlı
Müəllifin digər yazıları