Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-08-04 17:21:00
Nazir İngilis dili və Riyaziyyat fənləri üzrə vakant yerlərdən danışdı -RƏQƏMLƏR

 

 

 

“Yerlər müəllim sayından asılı olaraq vakansiyaya çıxarılır”.

 

 

AzEdu.az xəbər verir ki, bunu Təhsil naziri Emin Əmrullayev müəllimlərin işə qəbulu müsabiqəsi ilə bağlı təşkil olunan  canlı yayım zamanı bildirib:   

 

 

O, qeyd edib ki, hazırda ölkədə 13,3 min nəfər ingilis dili müəllimi var:

 

 

“Onların da 11.6 mini 25-60 yaş aralığında olanlardır. Müəllimlərin böyük qismi gənc yaşlarında olanlardır. Bu il üçün ingilis dili müəllimliyinə 478 vakant yer çıxarılıb.

 

Riyaziyyat fənni üzrə isə 378 vakant yer təqdim olunub. Həmçinin bu il üçün ibtidai sinif, Azərbaycan dili və ədəbiyyat, ingilis dili və riyaziyyat fənləri üzrə ümumilikdə 1 412 vakansiya var”.

Şükufə Süleymanlı
Müəllifin digər yazıları