Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-07-16 13:50:00
“DİM-in qeydiyyatsız  ödəniş  xidməti ləğv edilib, kodlardan istifadə etmək olmur” – Abituriyentlər  ciddi çətinliklə üz-üzə  

“Heç bir xəbərdarlıq etmədən “Portmanat” öz saytından DİM-in qeydiyyatsız ödəniş xidmətini ləğv edib”

Bu sözləri AzEdu.az-a açıqlaması zamanı  təhsil  eksperti Kamran Əsədov deyib. Onun sözlərinə görə, DİM 2016-cı ildən publik hüquqi şəxs statusu qazanıb:

“Yeni yaranan qurum ödənişləri hər bir şəxsin  yaratdığı şəxsi kabinetdəki hesabdan tələb olunan məbləğin çıxılması ilə həyata keçirirdi.  Hesaba vəsaitin daxil edilməsi qəliz və çətin proses olsa da, demək olar ki, artıq istifadəçilər buna vərdiş etmişdi.

“Milliön” aparatı vasitəsi ilə kod  almaqla da,  bu prosesi  yerinə yetirmək olurdu. Hətta DİM-in saytında da bu barədə məlumat var idi (http://payment.dim.gov.az/). Amma indi heç bir xəbərdarlıq etmədən “Portmanat” öz saytından DİM-in qeydiyyatsız ödəniş xidmətini ləğv edib.  Əvvəlcə qeydiyyatsız ödəniş bölməsində olan DİM-in xidməti, sonradan dövlət ödənişləri bölməsinə köçürüldü. Sonra isə ümumiyyətlə bu xidmət xəbərdarlıq edilmədən ləğv edilib. Abituriyentlər də “Portmanat” kodu alıb, vəsaiti şəxsi kabinetlərinə əlavə etmək istədikdə problemlə üzləşiblər”.

Ekspertin sözlərinə görə, “Portmanat” saytında yalnız qeydiyyatdan keçmiş istifadəçilər bu xidmətdən istifadə edə bilir ki, buna görə də azı 3 faiz xidmət haqqı tutulur:

“Abituriyent DİM-in müəyyən etdiyi xidmət haqqı məbləğində kod alsa da, “Portmanat” faiz tutur və nəticədə abituriyent qeydiyyatdan keçə bilmir.

Düzdür, indi “Milliön” aparatında müvafiq bölməyə şəxsi kabinetin kodunu yazmaqla vəsaitin birbaşa hesaba daxil olunması mümkündür, amma bütün hallarda bununla bağlı xəbərdarlıq edilməli idi. Onlarla abituriyent DİM-in tələb etdiyi xidməthaqqı məbləğində vəsait yükləyib kod alsa da, bu kodu istifadə edə bilmir”.

Qeyd edək ki, “Portmanat” “mobil pul kisəsidir. Lazım gəldikdə, istənilən yerdə mobil telefon və yaxud kompüter vasitəsilə siz ödənişlərinizi həyata keçirə və yenidən “Portmanat”a pul qoya bilərsiniz.

Nəzrin Rüstəmova
Müəllifin digər yazıları