Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-05-25 14:22:00
Ənənəvi təhsil əvvəlki formada öz sonuna yaxınlaşır – Ədalət Muradov

 

"Təhsil dünyada ciddi və köklü dəyişikliklər mərhələsindədir. Ənənəvi təhsil əvvəlki formada çox ehtimal ki, öz sonuna yaxınlaşır".

 

AzEdu.az  xəbər verir ki,  bunu Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru Ədalət Muradov qeyd  edib.

 

Rektor bildirib ki, təhsildə yeni nəticələr tamamilə yeni təhsil tələb edir:

 

“Yeni təhsil necə olmalıdır?” sualı dünyada bütün təhsil idarəedicilərini düşündürür. Hələlik çoxlu suallar cavablarını gözləyir. Əminəm ki, yeni təhsillə bağlı Azərbaycanın deyə və edə biləcəyi çox şeylər var. Bütövlükdə, yanaşma ondan ibarətdir ki, təhsildə əvvəllər görülmüş  işlərin hətta ən müasir texnologiyaların tətbiqilə belə davam etdirilməsi yeni nəticələr verməyəcək. “Əyrini” daha “təkmil əyri” etmək istiqamətində ”səylər” ancaq vaxt və resurs itkisidir. Başqa sözlə, təhsildə yeni nəticələr tamamilə yeni təhsil tələb edir”.

 

O qeyd  edib  ki, yeni təhsil ”tələbə mərkəzli”, hər bir təhsilalanın fərdi bacarığı nəzərə alınmaqla fərdi təhsil trayektoriyası əsasında təhsil kimi görünür. Bu isə “öyrətməkdən” imtina və “öyrənməyə” keçid deməkdir.