Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-05-19 12:22:00
Bu məktəblərdə dərslər dayandırıldı-SƏBƏB

Dərslərin yenidən bəpra edildiyi bir vaxtda Bakıda 13 məktəbdə tədris yenidən dayandırılıb. Buna səbəb isə, həmin məktəblərdə təmir işlərinin aparılmasıdır. Bəs görəsən bu təhsil müəsissələrində təmir işlərinin aparılması niyə yay tətilinə saxlanılmayıb? Məhz təmir səbəbindən nəyə görə şagirdlər dərslərini onlayn qaydada almalıdırlar? Mövzuya Təhsil Nazirliyindən münasibət bildirilib.


AzEdu.az xəbər verir ki, ötən gün dərslər bərpa edilmişdi, ancaq bəlli oldu ki, paytaxda yerləşən 13 məktəbdə tədris yenidən dayandırlıb. Bu məktəblərdə təhsil alan şagirdlər dərslərini distant formada davam etdirəcəklər.


Bakıda yerləşən 17,71,95,106,114,126,137,146, 269, 299,307,321 və 322 saylı orta məktəblərdə təmirlə əlaqədar dərslər dayandırılıb.


1800-dən çox şagirdin təhsil aldığı 269 saylı tam orta məktəbin Təsərrüfat işləri üzrə direktor müavini, Fəridə Nağıyevanın sözlərinə görə, təmir işlərinə mayın 7-dən başlanılıb. Məktəb 2012-ci ildə əsaslı təmir olunmasına baxmayaraq, sonradan bu təhsil ocağının yenidən təmir olunmasına qərar verilib.


Məktəbdə təmir işləri 2 aya yaxın müddətdə davam edəcək. Sabunçu rayonu Ramana qəsəbəsi ərazisində yerləşən 137 nömrəli tam orta məktəbdə də dərslər dayandırılaraq təmir işlərinə başlanılıb.


Qeyd olunan məktəblərdə dərslər məhz təmir aparılması səbəbindən dayandırlıb.