Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-05-19 11:45:00
Bu tarixdə fənn olimpiadalarının final mərhələsi keçiriləcək  

2020-2021-ci tədris ili üzrə fənn olimpiadalarının respublika mərhələsinin final turu 31 may, 1 iyun və 4 iyun 2021-ci il tarixlərində keçiriləcək.
 

Respublika mərhələsinin yarımfinal turunun nəticələrinə əsasən, ümumilikdə 589 şagird final turda iştirak edəcək.
 

AzEdu.az-ın məlumatına görə,  mayın 31-də Azərbaycan dili və ədəbiyyat, tarix və coğrafiya fənləri, iyunun 1-də riyaziyyat və fizika fənləri, iyunun 4-də isə kimya, biologiya və informatika fənləri üzrə olimpiadanın keçirilməsi nəzərdə tutulub.
 

Final turda iştirak edəcək şagirdlər 20-25 may tarixlərində www.portal.edu.az  saytında qeydiyyatdan keçməli və müvafiq buraxılış vərəqəsini əldə etməlidirlər.
 

Qeyd edək ki, respublika fənn olimpiadaları "Kapital Bank"ın sponsorluğu ilə həyata keçirilir.