Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-05-04 17:43:00
AzTU universitet-kollec-məktəb əməkdaşlığını davam etdirir

Azərbaycan Texniki Universitetində (AzTU) Bakı Texniki Kolleci (BTK) və Bakı Dövlət Rabitə və Nəqliyyat Kollecinin (BDRNK) subbakalavriatları və Səbail, Nizami, Qobustan məktəbliləri ilə onlayn görüş keçirilib.

 

AzEdu.az xəbər verir ki, görüşdə universitetin professor-müəllim heyəti və əməkdaşları iştirak edib. Bildirilib ki, tələbələrin bilik və bacarıqlarının, peşə hazırlıqlarının yaxşılaşdırılması, tədrisin keyfiyyətinin artırılması istiqamətin bir sıra mühüm tədbirlər həyata keçirilir. Universitetin fakültə və ixtisasları, beynəlxalq əlaqələr sahəsində görülən işlər də məktəblilərin diqqətinə çatdırılıb. Görüş zamanı tələbə təşkilatlarının fəaliyyəti barədə də ətraflı məlumat verilib.

 

Qeyd olunub ki, AzTU-da tələbə və məzunların ixtisaslarına uyğun işlə təmin olunması, universitet-sənaye işbirliyinin inkişaf etdirilməsi əsas hədəflərdəndir. Ölkənin iri şirkətləri ilə bu istiqamətdə əməkdaşlıq əlaqələri inkişaf etdirilir.

 

Görüş zamanı şagirdləri maraqlandıran digər suallar da universitet əməkdaşları tərəfindən cavablandırılıb.