Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-07-12 11:10:00
Təhsil Nazirliyi ictimaiyyətin suallarına canlı yayımda cavab verəcək

İyulun 12-də saat 14:00-da “Təhsil” televiziyasının “Həftənin sualı” verilişi Təhsil Nazirliyinin “Facebook” sosial şəbəkəsindəki səhifəsi üzərindən canlı olaraq yayımlanacaq. 

Nazirlikdən AzEdu.az-a verilən məlumata görə, verilişdə təhsillə bağlı vətəndaşları maraqlandıran bu və ya digər suallara aydınlıq gətiriləcək. Sualara nazirliyin rəsmiləri Murad Camalzadə və Cəsarət Valehov cavab verəcək.

Sualları paylaşılan statusun şərhlər bölməsində yazmaq tövsiyə olunur.