Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-04-27 10:00:00
MİQ üzrə onlayn müsahibələrin nəticələri namizədlərin şəxsi səhifələrinə göndərilib

Müəllimlərin işə qəbulu müsabiqəsi üzrə aprelin 21-22-də keçirilən onlayn müsahibələrin nəticələri namizədlərin şəxsi səhifələrinə göndərilib.

Təhsil Nazirliyindən AzEdu.az-a bildirilib ki, müsahibələrdə ümumilikdə 528 nəfər iştirak edib. Onlardan 465 nəfəri uğur qazanaraq müddətsiz müqavilə əsasında çalışmaq imkanı əldə edib.

 

Qeyd edək ki, aprelin 27-28-də onlayn müsahibə mərhələsinin apellyasiya müraciətləri üçün qeydiyyat aparılacaq.