Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-07-06 17:00:00
İSTƏK liseyindən bağlanma xəbərinə REAKSİYA- “Rəsmi məlumat daxil olmayıb”

“İstək liseyinin bağlanması ilə bağlı bizə heç bir rəsmi məlumat daxil olmayıb”

Bu sözləri AzEdu.az-a açıqlaması zamanı sözügün liseyin əməkdaşı deyib. O mediada yayılan xəbərlərə reaksiya bildirib:

“Liseyin bağlanması ilə bağlı rəsmi məlumatın gəlməsini gözləyirik. Hazırda bizə liseyin fəaliyyətini dayandırmasına və hansı səbəbdən bağlanmasına dair heç bir rəsmi məlumat daxil olmayıb”.

Qeyd edək ki, “İstək” liseyinin təsisçisi bu təhsil müəssisəsinin fəaliyyətinin dayandırılması ilə bağlı qərarın qəbul edilməsi barədə Təhsil Nazirliyinə müraciət edib. Müraciətdə “İstək” liseyində çalışan pedaqoji heyətin digər təhsil müəssisələrində işlə təmin edilməsi və şagirdlərin təhsillərinin digər ümumi təhsil müəssisələrində davam etdirməsinə kömək göstərilməsi məsələləri əksini tapıb.

Təsisçinin müraciəti əsasında Təhsil Nazirliyi tərəfindən “İstək” liseyinin şagirdlərinin və pedaqoji heyətin ölkəmizin təhsil müəssisələrində yerləşdirilməsi məqsədi ilə İşçi qrup yaradılıb və prosesin normal gedişini təmin etmək üçün müvafiq hazırlıq işlərinə başlanılıb.

Təhsil Nazirliyi “İstək” liseyində təhsil alan şagirdlərin və onların valideynlərinin diqqətinə çatdırır ki, şagirdlərin seçimi əsasında müvafiq təhsil müəssisələrində təhsillərinin davam etdirməsi, eləcə də bu məktəblərdə çalışan pedaqoji heyətin istəyindən asılı olaraq digər təhsil müəssisələrində yerləşdirilməsi üçün lazımi şərait yaradılacaq.

Nəzrin Rüstəmova
Müəllifin digər yazıları