Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-07-06 13:40:00
Məktəblərdə psixoloq kimi fəaliyyət göstərmək üçün qaydalar sərtləşdiriləcək 

“Məktəblərdə psixoloq kimi fəaliyyət göstərmək üçün daha ciddi tələblər qoyulacaq”.

AzEdu.az xəbər verir ki, bunu Təhsil Nazirliyinin Aparat rəhbərinin müavini Fərzəli Qədirov keçirilən brifinqdə deyib.

Onun sözlərinə görə, hazırda da hər bir təhsil müəssisəsində psixoloqlar fəaliyyət göstərir:

“Psixoloqlar üçün daha peşəkar şərtlərin müəyyənləşdirilməsi baxımından yeni qaydaların hazırlanması nəzərdə tutulub. Bu qaydalar təsdiq edildikdən sonra məktəblərdə psixiloji xidmət daha keyfiyyətli təşkil olunacaq və müəssisələrdə daha peşəkar psixoloqlar fəaliyyət göstərəcəklər”

Nəzrin Rüstəmova
Müəllifin digər yazıları