Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-03-12 14:02:00
Büdcədən təhsilə ayrılan xərclər ötən il xeyli artırıldı -RƏQƏMLƏR

 

 

Hesabat  ilində  dövlət  büdcəsindən  təhsilə  ayrılan  xərclər  əhəmiyyətli  şəkildə  artıb.

 

AzEdu.az  xəbər  verir  ki, bu  barədə  Nazirlər  Kabinetinin  2020 – ci  ilə  dair  hesabatında  bildirilib.

 

Hesabatda  qeyd  edilib  ki, təhsilə  ayrılan   xərcləri  2013-cü   ildəki  1,4  mlrd.  manatdan  2020-ci  ildə  3,2  mlrd.  manata  çatdırılıb. 2019-cu  illə  müqayisədə  isə  39,0%  artıb.

 

Son  5  ildə  bu  xərclərin  dövlət  büdcəsi  xərclərinin  tərkibində  xüsusi  çəkisi  1,6%, mütləq  ifadədə  isə  1523,3  mln.  manat  və  ya  86,8%  artıb.