Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-07-06 10:40:00
Ən çox güvəndiyiniz xaricdə təhsil şirkətləri sorğusunun nəticələri AÇIQLANDI

İnsanlar əcnəbi universitetlərdə təhsil almaq üçün müxtəlif xaricdə təhsil şirkətlərinə üz tuturlar. Bunun üçün öncə həmin şirkəti araşdırır nə dərəcədə güvənli olduğuna əmin olurlar.

AzEdu.az bunları nəzərə alıb “Ən güvəndiyiniz xaricdə təhsil şirkəti hansıdır?” sualı ilə sorğu keçirib. Sorğuda gördüyü işlərlə müəyyən qədər tanınan  xaricdə təhsil şirkətləri iştirak edib.

Akademi Group 132 səslə ən güvənilən xaricdə təhsil şirkəti hesab olunub. Sıralamada 2-ci Universal Education, 3-cü CELT Colleges, 4-cü yerdə isə Kaspi Global xaricdə təhsil şirkəti gəlir. Elit Akademi və Go and stady şirkətləri bərabər səslə 5-ci yerdə qərarlaşıblar. Növbəti yerin sahibləri isə eyni göstərici ilə Freiburg Akademi, AKİ İnter, MEGAPOLİS xaricdə təhsil şirkətləridir. Sonuncu yerdə isə SET xaricdə təhsil şirkəti qərarlaşıb.

Lamiyə Süleymanlı
Müəllifin digər yazıları