Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-07-05 16:47:00
Tələbə köçürülməsinin qaydaları - Qeydiyyatdan keçməyin yolları  

Bu gündən tələbələrin ölkə daxilində və xaricdə yerləşən ali təhsil müəssisələrindən köçürülməsi, yaxud bir ixtisasdan digərinə dəyişdirilməsi, eləcə də ölkəmizdə yerləşən orta ixtisas təhsili müəssisələri tələbələrinin, magistratura səviyyəsində təhsil alanların köçürülməsi üzrə elektron sənəd qəbuluna başlanılıb. Proses iyulun 20-dək davam edəcək. Tələbələrin köçürülməsi transfer.edu.az portalı vasitəsi ilə elektron qaydada həyata keçiriləcək.

Bəs köçürülmək istəyən tələbələr necə müraciət etməli və qeydiyyatdan keçməlidirlər?

AzEdu.az transfer olunmaq istəyən tələbələr üçün qeydiyyat qaydalarını təqdim edir:

Köçürülmək istəyən tələbə öncə transfer.edu.az portalına daxil olmalı, sistemdə qeydiyyatdan keçməlidir. Bunun üçün əsas səhifədə olan “sistemdə      qeydiyyatdan keç” bölməsinə daxil olmaq lazımdır. Qeydiyyat üç mərhələdən və sistemin aktivləşdirilməsindən ibarətdir. Prosesə başlamazdan əvvəl tələbə köçürülmə qaydaları ilə tanış olmalı və onları qəbul etməlidir. Qeydiyyatın ilkin mərhələsində sistemin təklif etdiyi iki variantdan birini seçmək mümkündür: Azərbaycan və ya Xarici ölkə universitetlərində təhsil alanlar.       

Tələbənin harada oxumasından asılı olmayaraq, qeydiyyatın ikinci mərhələsində öz şəxsiyyət vəsiqəsinin FİN kodunu qeyd etməlidir. Əgər, o, əcnəbi universitetdə təhsil alıbsa,  bütün şəxsi məlumatlar əl ilə, manual rejimdə daxil edilməlidir.

FİN kodunu və ATM-ə daxil olduğu ili qeyd etdikdən sonra tələbə barəsində fərdi məlumatlar gəlir. Bundan sonra həmin məlumatları təsdiqləməlidir.

Növbəti mərhələdə, istifadəçi öz mobil nömrəsini daxil etməli və şifrəsini müəyyənləşdirməlidir. SMS bildirişi vasitəsilə telefona dördrəqəmli kod gəlir. Nömrəni təsdiqləmək üçün həmin kod daxil edilməlidir. Bununla qeydiyyat prosesi tamamlanır və istifadəçi “Şəxsi səhifəsinə” keçid alır.

Əgər tələbə Azərbaycan universitetlərindən birində təhsil alırsa, sorğunun göndərilməsi üçün təqdim olunan siyahıdakı ali təhsil müəssisəsini seçməli və ixtisasların qeyd olunduğu cədvəldə aidiyyəti ixtisasının qarşısındakı “Sorğu göndərmək” düyməsini basmalıdır. Daha sonra müxtəlif məlumat və sənədlərin yüklənməsi üçün xüsusi formaya malik yeni səhifə açılır.

Köçürülmə üçün sorğu yalnız bir universitet və bir ixtisasa verilə bilər. Seçilmiş məlumatların dəyişdirilməsi üçün cari məlumatlar ləğv edilməlidir.

“Cavab gözlənilir” statusu müəyyənləşdirənədək tələbə göndərdiyi sorğunu ləğv edə bilər. Nəticədən asılı olaraq, sonda iki statusu qeyd edilə bilər;

“İmtina edilib” - səbəb göstərilməklə köçürülmədən imtina olunduğu halda;

“Təsdiqlənib” - proses uğurla nəticələndiyi halda. Bu zaman operator köçürülmə haqqında Təhsil Nazirliyinin razılıq məktubunu sistemə yükləyir. Həmin sənəd yüklənə və ya çap edilə bilər.

Qeyd edək ki, qeydiyyata hal-hazırda bakalavr səviyyəsində təhsil alan tələbələr buraxılır . Sonuncu tədris ili və ilk tədris ilinin birinci semestrində təhsil alanlar istisnadır.

Bir ali təhsil müəssisəsindən digərinə köçürülən, ixtisasını dəyişən şəxslər təhsillərini yalnız ödənişli əsaslarla davam etdirirlər. Dövlət sifarişi əsasında təhsilalanların eyni ixtisas üzrə köçürülməsi istisnadır.

Lamiyə Süleymanlı
Müəllifin digər yazıları