Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-07-05 16:30:00
Qrant müsabiqəsində ən az məbləğ bu mövzuya ayrılıb

Təhsil Nazirliyi Təhsildə İnkişaf və İnnovasiyalar üzrə qrant müsabiqəsi ilə bağlı statistikanı açıqlayıb.

AzEdu.az xəbər verir ki, müsabiqə çərçivəsində ümumi təhsil müəssisələri kateqotriyası üzrə 76, fərdi layihələr kateqoriyası üzrə isə 206 layihə olmaqla, ümumilikdə 282 layihə təklifi qəbul olunub.

Təhsil nazirinin əmri ilə təhsil müəssisələri kateqoriyası üzrə 38,  fərdi kateqoriya üzrə 84 olmaqla, ümumilikdə 122 layihənin maliyyələşdirilməsi təsdiqlənib. Layihələrin icrasına ümumilikdə milyon manat vəsait ayrılıb. Ümumilikdə 76 rayon təhsil şöbələrindən 44-nü təmsil edən məktəb və müəllimlər müsabiqədə qalib olublar. Layihənin fəaliyyət dairəsi 55 rayonu əhatə edir.

Layihələrdə ən çox vəsait istedadlı uşaqlarla işin təşkili, ən az vəsait isə məktəbdaxili rəhbərlik və nəzarətin təkmilləşdirilməsi mövzularına ayrılıb. Ən çox layihə qalibi Bakıdan, ən az isə Gəncə, Ağsu, Ucar, Siyəzən  rayonlarından olub

Lamiyə Süleymanlı
Müəllifin digər yazıları