Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-07-05 15:56:00
Məktəblərdə şagirdlər arasında  siqaret çəkilməsi halları kəskin azalıb - RƏSMİ

“Məktəblinin dostu” layihəsi ilə bir sıra ciddi uğurlara imza atılıb. 2016-cı ildə başlayan “Məktəblinin dostu” layihəsi Azərbaycan Respublikası Təhsil Nazirliyi və Azərbaycan Respublikası Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin birgə layihəsidir.

Təhsil Nazirliyindən AzEdu.az-a verilən məlumata görə, layihə ilk mərhələdə Bakı şəhərindəki 31 ümumitəhsil müəssisəsində həyata keçirilib. Hazırda hər məktəbdə şagird sayına uyğun olaraq mimumum 3 nəfər məktəblinin dostu fəaliyyət göstərir. Layihənin əsas məqsədi müəllim və şagirdlər üçüb təhlükəsiz mühit yaratmaq, fövqəladə hal baş verdikdə ilkin tibbi və psixoloji yardım göstərməkdir.

Layihəyə 2016-2017-ci tədris ilindən Bakı şəhəri üzrə 20 saylı tam orta məktəb də qoşulub. Beləliklə, layihədə hazırda 124 nəfər məktəblinin dostu fəaliyyət göstərir.

Birillik fəaliyyəti dövründə əldə edilən naliyyətlər:

2.186 dəfə tibbi yardım göstərilib;

Layihə ilə əhatə edilən 80% məktəblərdə siqaret çəkilməsi kəskin azalıb;

Peşəyönümlü və karyera planlaşdırılması ilə bağlı 19 məktəbdə 503 şagirdi əhatə edən davamlı təlim sessiyaları aparılıb;

Fövqəladə vəziyyətlərdə davranış qaydaları ilə bağlı  şərti-həyəcan təlimləri və digər praktiki təlimlər həyata keçirilib.

Şagirdlərin intellektual inkişafına yardım məqsədilə davamlı olaraq təlim sessiyaları, 2 növbəti “Yay məktəbi”, asudə vaxtın səmərəli təşkili üçün  ekskursiyalar, 12 böyük məktəblərarası turnir və müsabiqələr, 300-dən artıq  məktəbdaxili intellektual təşəbbüslər və sosial məsuliyyət çərçivəsində çoxsaylı fəaliyyətlər icra edilib.

Nəzrin Rüstəmova
Müəllifin digər yazıları