Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-07-05 13:03:00
Nazirlik internat məktəblərindəki şagirdlərin sayını AÇIQLADI

Təhsil Nazirliyi tabeliyində olan internat məktəbləri ilə bağlı statistika açıqlayıb.

AzEdu.az xəbər verir ki, Nazirlik sistemindəki təhsil müəssisələrində təlim-tərbiyə alan 10 660  şagirdddən 2 765-i bu müəssisələrdə gecələyir. 2017-ci ildə 18 nəfər uşaq internat məktəblərindən  bioloji ailələrinin və yaxın qohumlarının  himayəsinə qaytarılıb. Həmçinin Təhsil Nazirliyinin övladlığa götürülən uşaqların mərkəzləşdirilmiş siyahısında olan 2 nəfər uşaq övladlığa verilib. Keçən il valideyn himayəsindən məhrum olan uşaqları övladlığa götürmək istəyən  18 müraciətçi qeydə alınıb.

Cari il dövlət uşaq müəssisələrində təlim tərbiyə alan 5 uşaq üçün doğum haqqında şəhadətnamə, 5 uşaq şəxsiyyət vəsiqəsi,  5 uşaq üçün müvəqqəti yaşama icazəsi,  4 nəfər üçün ilkin hərbi qeydiyyata alınma haqqında vəsiqə, 2 uşaq üçün vətəndaşlıq, 2 uşaq üçün əlillik dərəcəsi,  5 uşağın valideynlərini ölümü haqqında şəhadətnamə,  9 uşaq üçün isə ümumvətəndaş  pasportları alınıb.

Qeyd edək ki, hazırda Təhsil Nazirliyi sistemində fəaliyyət göstərən 30 internat məktəbində 1 3434 müəllim çalışır.

Lamiyə Süleymanlı
Müəllifin digər yazıları