Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-02-23 17:14:00
“Qlobal Koreya” təqaüd proqramına sənəd qəbulu aparılır

Koreya Respublikası tərəfindən 2021-2022-ci tədris ili üzrə “Qlobal Koreya” təqaüd proqramı elan edilib.

 

Bu barədə AzEdu.az-a Təhsil Nazirliyindən məlumat verilib. Bildirilib ki, bakalavriat, magistratura və doktorantura, eyni zamanda, tədqiqat üzrə elan olunan proqrama 40 yaşa qədər Azərbaycan Respublikası vətəndaşları müraciət edə bilərlər. Proqramda iştirak etmək istəyənlər sənədlərini martın 5-dək Koreya Respublikasının Azərbaycandakı səfirliyinə təqdim etməlidirlər.