Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-02-20 14:57:00
Azərbaycan və Türkiyə peşə təhsili sahəsində əməkdaşlığı genişləndirəcək  

Təhsil naziri Emin Əmrullayev Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında iqtisadi əməkdaşlıq üzrə birgə Hökumətlərarası Komissiyanın 9-cu iclasında iştirak etmək məqsədilə Türkiyə Respublikasında səfərdədir.

 

Bu barədə AzEdu.az-a  Təhsil Nazirliyindən məlumat verilib. Bildirilib ki, səfər çərçivəsində fevralın 19-da təhsil naziri Emin Əmrullayev və Türkiyə Respublikasının milli təhsil naziri Ziya Selçuk “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında peşə təhsili sahəsində əməkdaşlığa dair Protokol”u imzalanıb. Sözügedən Protokol iki ölkə arasında peşə təhsili sahəsində əməkdaşlığın genişləndirilməsini və müvafiq istiqamət üzrə Türkiyə təcrübəsinin öyrənilməsini ehtiva edir.