Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-07-04 10:30:00
Bakının ən çox və ən az məktəbi olan rayonların adları AÇIQLANDI

Təhsil Nazirliyi Bakının rayonlarındakı məktəb sayı ilə bağlı statistikanı açıqlayıb.

AzEdu.az xəbər verir ki, paytaxt rayınlarındakı məktəblərin ümumi sayı 317-dir. Ən çox məktəb olan rayon isə Sabunçudur. Burada 46 məktəb fəaliyyət göstərir.

Ümumtəhsil məktəblərinin sayı 30-dan çox olan ərazilər Xətai (36), Suraxanı (34), Binəqədi (33) və Xəzər(31) rayonlarıdır. Digər 4 rayonda  Nizami, Qaradağ, Nəsimi  və Nərimanovda  ümumtəhsil məktəblərinin sayı 20 və 30 arasında dəyişir. Yasamalda 19, Səbaildə isə 16 məktəb fəaliyyət göstərir. Bakının ən az məktəbi olan ərazisi isə Pirallahıdır. Burada 6 məktəb fəaliyyət göstərir.

Şagird sayının Bakının rayonları üzrə paylanmasına nəzər saldıqda isə ən çox şagirdin Sabunçu, ən az şagirdin isə Pirallahıda təhsil aldığı məlum olar. Belə ki, Sabunçuda 62 374, Pirallahıda isə 2856 məktəbli var.

Lamiyə Süleymanlı
Müəllifin digər yazıları