Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-07-03 12:48:21
Təhsil Nazirliyi məcburi “abunəlik” anlayışına aydınlıq gətirdi: "Pul yığılması qanunsuzdur”

“Müəllim hansı qəzeti oxumaq  istəsə, ona könüllü abunə yazılır” – “Məcburi abunəliyə” münasibət

 Respublikanın orta ümumtəhsil müəssisələrində zaman-zaman məcburi  “abunəlik” anlayışına, eyni zamanda test kitabçalarının məcburən şagirdlərə satılması kimi hallara rast gəlinir. 

AzEdu.az xəbər verir ki, Təhsil Nazirliyinin İctamiyyətlə Əlaqələr Şöbəsinin sektor müdiri Cəsarət  Valehov sosial şəbəkədə canlı  yayım zamanı məktəblərdə abunəlik,  BSQ və KSQ üçün ödəniş olunması məsələsinə də toxunub. O, orta ümumtəhsil müəssisələrindəki “abunəlik” anlayışına aydınlıq gətirib:

“Orta məktəblərdə müəllimin abunəliyi deyilən anlayış  yoxdur. Müəllimin hansısa qəzetə xüsusi marağı, tələbi varsa və onu oxumaq  istəyirsə, könüllü olaraq  ona abunə yazıla bilər. Amma bu, məcburi deyil”.

C.Valehov  testlər üçün şagirdlərdən ödəniş  tələb olunmasının qanunsuzluğundan söz açıb:

“Böyük Summativ Q iymətləndirmə  (BSQ) və Kiçik Summativ Qiymətləndirmə (KSQ) testləri isə dövlət hesabınadır. Onun üçün pul yığılması qanunsuzdur”.

Lamiyə Süleymanlı
Müəllifin digər yazıları