Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-02-08 10:00:00
Latviyada təqaüd proqramına qəbul davam edir  

Latviya Respublikası hökuməti 2021-2022-ci tədris ili üzrə Azərbaycan vətəndaşları üçün bakalavriat, magistratura və doktorantura səviyyələri üzrə təqaüd proqramı elan edib.

 

Təhsil Nazirliyindən AzEdu.az-a verilən məlumata görə, təqaüd proqramı Azərbaycan və Latviya arasında təhsil sahəsində əməkdaşlığa dair 2017-ci il 17 iyul tarixində Riqa şəhərində imzalanmış sazişə uyğun olaraq həyata keçirilir.

 

Müsabiqədə iştirak etmək istəyənlər aprelin 1-dək müraciət edə bilərlər. Namizədlərin müraciətləri araşdırıldıqdan sonra yekun qərar Latviya Dövlət Təhsil İnkişaf Agentliyi tərəfindən veriləcək.