Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-01-15 15:24:00
Təhsil Nazirliyi:Ənənəvi imtahan sessiyası bu tarixdən bərpa ediləcək

“Pandemiyadan sonra, bəlkə, yaz, bəlkə də, daha sonrakı semestrdə ənənəvi imtahan sessiyasına keçəcəyik".

 

 

AzEdu.az xəbər verir ki, bunu Təhsil Nazirliyinin Elm, ali və orta ixtisas təhsili şöbəsinin müdiri Nicat Məmmədli deyib.

 

 

O,qeyd edib ki, imtahanların təşkilində güzəştlərin olması ilə bağlı təkliflər edilir:

 

 

“Hazırkı pandemiya dövrü bizi təhsilə daha məsuliyyətli yanaşmağı tələb edir. Sessiya imtahanları onlayn qaydada 4 həftə ərzində keçiriləcək. Əslində keçən ilin son semestrindən dərslər onlayn keçirilir. Bu bütün təhsil sistemi üçün bir çağırışdır. Əsas vacib məsələ bir çox hallarda imtahanların formalarının keçirilməsi idi. Bundan əvvəl imtahanlar daha çox yazılı şəkildə keçirilirdi”.

Şükufə Süleymanlı
Müəllifin digər yazıları