Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-01-06 12:12:00
KSQ və BSQ-nin keçirilmə qaydası- Ən son yeniliklər 

Azedu.az müəllimləri, eləcə də işə qəbula hazırlaşan namizədləri maraqlandıran məsələləri işiqlandırmaqda davam edir.

 

Təcrübədə müşahidə edilən çətinliklərdən biri də orta ümumtəhsil , lisey və gimnaziyalarda siniflər üzrə KSQ, BSQ-nin ( kiçik və böyük summativ qiymətləndirmə)  keçirlmə qaydasıdır.

 

Ən son təsdiq edilmiş qaydalara əsasən,  təhsil ocaqlarında KSQ  I sinif istisna olmaqla, digər siniflərdə bütün fənlər üzrə keçirilir.   KSQ yarımil üzrə 3 dəfədən az, 6 dəfədən çox olmayaraq keçirilir.

BSQ isə  I, II, III siniflərdə aparılmır.  Bütün təhsil ocaqlarında IV, IX, XI siniflərdə hər yarımilin sonunda bütün fənlər ,  digər siniflərdə məktəblərdə yalnız buraxılış fənləri , lisey və gimnaziyaların V-VIII siniflərində buraxılış fənləri ilə yanaşı, müəssisənin Pedaqoji Şurasının qərarı ilə müəyyənləşdirilmiş maksimum 3 fənn üzrə də aparmaq olar.

Qeyd edək ki, hazırda pandemiya vəziyyəti ilə əlaqədar KSQ və BSQ keçirilmir.