Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-06-27 13:17:00
Hazırda buraxılış imtahanlarının keçirildiyi rayonların ötənilki göstəriciləri – Ən aşağı və ən yüksək nəticə göstərənlər  

Dövlət İmtahan Mərkəzi (DİM) bu gün orta məktəbin buraxılış  sinifləri üçün növbəti imtahan keçirir.

 AzEdu.az xəbər verir ki, bu dəfə Gəncə, Lənkəran, Naftalan, Şəki, Sumqayıt şəhərlərində, Abşeron, Ağdam, Ağsu, Astara, Bərdə, Biləsuvar, Daşkəsən, Goranboy, Göygöl, İmişli, Kürdəmir, Oğuz, Qəbələ, Saatlı, Sabirabad, Şabran, Şamaxı, Samux, Tərtər, Xaçmaz, Yevlax və Zərdab rayonlarında yerləşən orta ümumtəhsil müəssisələrinin buraxılış siniflərində təhsil alan (IX və XI siniflərdə) şagirdlər mərkəzləşdirilmiş qaydada buraxılış imtahanı verəcək.

DİM-dən verilən məlumata görə,   ümumilikdə, 70081 şagirdin imtahan verəcəyi nəzərdə tutulur (IX sinif üzrə 39554, XI sinif üzrə 30527). 

AzEdu.az buraxılış imtahanı keçiriləcək bölgələrin ötənilki imtahan nəticələrinə nəzər salıb. Təhsil Nazirliyinin açıqladığı göstəricilərdən aydın olur ki, Sumqayıt keçənilki nəticələrə əsasən,  85,37%  ilə  ən yüksək müvəffəqiyət faizi göstərmiş 10 təhsil bölgəsi sırasına daxil ola bilib. Daşkəsən 44,80%, İmişli 41,54 %, Kürdəmir 41,18%, Ağsu 38,56%, Sabirabad 34,63% göstərici ilə ən aşağı müvəffəqiyyət əldə edən 10 təhsil bölgəsi sırasında olublar. Samux, Naftalan bölgələri isə uyğun olaraq  7 və 23,1 % ilə ötən illərlə müqayisədə müvəffəqiyyət faizi müsbət dinamika göstərən təhsil bölgələri sırasındadırlar. Yevlax rayonu isə 6,20 % ilə müvəffəqiyyət faizi aşağı dinamika göstərən bölgələrhesab olunub.

Lamiyə Süleymanlı
Müəllifin digər yazıları