Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-12-21 16:16:00
Məktəblərdəki qiymətləndirmə nəyi üzə çıxaracaq?- Nazirlik rəsmisi açıqladı

 

 

“Təhsil Nazirliyi tərəfindən keçirilən qiymətləndirmə tədqiqat xarakteri daşıyır. Məsələn 2003- də keçirilən qiymətləndirilmənin məqsədi 5 il sonrakı kurikuluma hazırlıq idi. Müqayisə üçün edildi. Bundan fənn kurikulumlarının hazırlanmasında istifadə edildi”.

 

AzEdu.az xəbər verir ki, bunu  “Virtual məktəb”də Qiymətləndirmə sektorunun müdiri Anar Mirzəzadə deyib.

 

O, qiymətləndirmənin siniflər üzrə keyfiyyət göstəricilərini ölçmək üçün vasitə olduğunu bildirdi:

 

“19 dekabrdakı milli qiymətləndirmədə əsas məqsəd mövcud şəraitdə müvafiq siniflərdə keyfiyyət göstəricilərinin müəyyənləşdirilməsi idi”.

Firayə Allahverdiyeva
Müəllifin digər yazıları