https://www.zirve.edu.az/
28.11.2020 16:56
Arxeoloqlar buzlağın əridiyi ərazidə maraqlı faktlar aşkar ediblər

 

Norveç arxeoloqları qədim artefaktlar aşkar ediblər. Bu barədə “Daily Mail” qəzeti məlumat yayıb.

AzEdu.az RİA Novosti saytına istinadla xəbər verir ki, Yutunheymen milli parkındakı dağın yamacında buzlağın əriməsindən sonra təqribən 70 ox çubuğu, ayaqqabı, parça və maral sümükləri aşkarlanıb. Radiokarbon tarixləşdirmə üsulu göstərib ki, ən köhnə məmulat eramızdan əvvəl 4100-cü illərə, ən sonuncusu isə eramızın 1300-cü illərinə aiddir.

Əsasən buzlağın dərinliyində qalmış oxların bəzisi, demək olar, ilkin görkəmini saxlayıb. Ucluqlarda qatran və ipin izi qalır ki, bu da onların taxta çubuğa bərkidilməsi üçün idi.

Daha əvvəl arxeoloqların Niderlandın Vianen şəhəri yaxınlığındakı Beytşteyn qəsrinin ətrafında 20 insan skeletinin olduğu kütləvi məzar aşkar etdikləri barədə məlumat verilib. Qalıqlar arasında hər hansı parça və ya bəzək izi olmayıb.